Artıq yaşlaşmaqda olan ailə cütlüyü, həmin o əziz günü xatırlayaraq toy günün bu və ya digər epizodundan zövq almaq üçün, yaxud uşaqlarına öz məhəbbət tarixçələrini danışmaq və ya sadəcə şəkilləri dostlarına göstərmək üçün öz toy albomlarına baxmağı sevirlər. Hər halda toy şəkillərindən ibarət fotoalbom cavan ailənin əziz xatirələrindən biri sayılır.