Düzgün seçimi necə etməli?
Şənliyi daha maraqlı və əyləncəli etmək üçün təşkilatçı kimi tamada dəvət etmək olar. Bu çox orijinal və əlverişli variantdır, çünki yeni evlənən cütlük, qonaqlarını daha necə əyləndirmək sualı ilə özlərini yormayacaq. Ancaq bu məsələyə də əsaslı şəkildə yanaşmaq lazımdır. Sonradan qonaqlarınızın önündə fərsiz, bacarıqsız, başsoyuq tamadanın ücbatından qızarmamağınız üçün qarşınıza çıxan elə birinci elanla tamada dəvət etmək olmaz.