- Yemək yeyərək çörəyi bıçaqla kəsmək və ya böyük tikədən bir-başa dişləmək olmaz, çörək əllə balaca, xırda tikələrə qırılaraq yeyilir.
- Qəlyanaltılar çörəyin üzərinə qoyulmur, pendir, kolbasa və digər qəlyanaltılar bıçaq və çəngəllə yeyilir.
- Paşteti çəngəllə səliqəli ayırıb yemək lazımdır, qətiyyən çörəyin üzərinə çəkməməli.
- Yemək zamanı şorba olan boşqabı əymək olmaz, əgər içindəkini qaşıqla götürmək olmursa, elə boşqabın içində də saxlamaq lazımdır.
- Yeməkdən sonra qaşığı masanın üstünə deyil, boşqabın içinə qoyurlar.