Fransız manikürü
Fransız manikürü gəlinlər üçün çox yaxşı seçimdir. Ona görə ki, məhz o, istənilən geyimə və obraza uyğun gələcək. Bundan əlavə, o əllərə və dırnaqlara vizual olaraq uzunluq gətirdiyindən çox təbii görünür.
Bu manikür növünü digərlərindən fərqləndirən xüsusiyyət ondan ibarətdir ki, dırnağa iki rəng sürtülür. Dırnağın özülü bej, çəhrayı və ya ət rəngində, ucları isə ağ rənglə boyanır.