Bizim valideynlərimiz, nənə-babalardan daha danışmıram, nadir hallarda nigah müqaviləsi qərbin məhvedici təsiri kimi qiymətləndirirlər. Lakin bu kağız bir çox problemlərin qarşısını almaq üçün bir vasitədir (inşa-Allah ki, Sizin ailə cütlüyünüz heç bir problemlə üzləşməz). Biz yalnız kənardan bu məsələyə nəzər salanda bu cür əməliyyatın aparılmasının məqsədəuyğunluğunu, faydalılığını görürük, özümüzə gəldikdə isə, sevdiyimiz insan tərəfindən belə bir təklif edildikdə reaksiyamız adekvat olmur - inciklikdən tutmuş bizə olan niyyətin ümumiyyətlə qərəzsizliyində şübhələrin yaranmasınadək.